QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Armen Qriqoryanı ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı açıqlamalarına görə tənqid edib.

Paşinyan brifinqdə bildirib ki, Qriqoryan İrəvanın Aİ-yə üzvlük məsələsində tələskən davranması barədə danışıb.

“Armen Qriqoryanın mövqeyi bu qədər prinsipial idisə, Aİ-yə daxilolma haqqında qanun layihəsi qəbul ediləndən sonra istefa verməli və narazılığını bu yolla ifadə etməli idi”, – deyə Ermənistanın baş naziri qeyd edib.

Paşinyanın sözlərinə görə, Qriqoryan istefa verdikdən sonra ona başqa vəzifə təklif olunub, lakin o, təklifi qəbul etməyib.