QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 3-də Rusiyaya nəzərdə tutulan ilk səfərindən əvvəl oktyabr və noyabr aylarının, demək olar, hamısını Avropada keçirib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Paşinyan səfərlərini Türkiyədən başlayaraq, müxtəlif ölkələrdən keçən bananın “dünya səyahəti”ni nümayiş etdirməyə qədər qeyri-adi üsullarla özü işıqlandırıb. Nəşrin fikrincə, baş nazir Moskva səfəri ərəfəsində və Vladimir Putinin irəli sürdüyü “Avropa İttifaqı (Aİ), yoxsa Avrasiya İqtisadi İttifaqı (Aİİ)” seçimi fonunda Rusiya prezidenti və Aİİ ölkələrinin liderləri ilə görüşdə istifadə etmək üçün beynəlxalq dəstək əldə etməyə, yaxud belə dəstəyin olduğu görüntüsünü yaratmağa çalışır.
Məqalədə bildirilir ki, Paşinyan bu niyyətlə COP konfransında iştirak etmək üçün Türkiyəyə də gedib. Halbuki Ankara İrəvanda keçirilən COP sammitində yüksək səviyyədə təmsil olunmadığı üçün tədbirə əhəmiyyət verməyə bilərdi.
Brüsseldə baş nazir “Euronews”un təşkil etdiyi qeyri-rəsmi müzakirə sammitinə qatılıb. Daha sonra Fransa, Dublin, Kamboca və Rumıniyaya səfərlər edib. Qəzetin qeyd etdiyinə görə, son bir ayda yalnız Buxarestə səfər tamhüquqlu ikitərəfli ziyarət statusu daşıyıb. Bəzi ekspertlər isə həmin səfərin əsas məqsədinin Rumıniyanın seçki manipulyasiyaları sahəsindəki qabaqcıl təcrübəsini öyrənmək ola biləcəyini düşünür.