QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsində ABŞ-nin hərbi iştirakının olmayacağını bildirib.
Brifinqdə Paşinyan İranın müəyyən etdiyi qırmızı xətlərə hörmət etdiklərini və TRIPP-in onları pozmadığını, gələcəkdə də pozmayacağını deyib. Onun sözlərinə görə, Ermənistan İranla daim dialoq aparır və layihə ilə bağlı gizli gündəm yoxdur; bütün məlumatlar ictimaiyyətə açıqdır.
Paşinyan hərbi iştirakın istisna olunduğunu vurğulayaraq, bu mövqenin dəfələrlə açıqlanıb bildirildiyini qeyd edib.