QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri və Böyük Qayıdış bölgənin həyatında yeni mərhələnin başlanmasına səbəb olub.

İşğaldan azad olunmuş ərazilərdə şəhərlər bərpa edilir, yollar çəkilir, müəssisələr yaradılır. Doğma yurdlarına qayıdan insanlar burada yeni həyat qururlar.

Cəbrayıldan Xankəndiyə uzanan səfər zamanı müxtəlif mənzərələr, peşələr və insanların doğma torpağa bağlılığını əks etdirən hekayələrlə qarşılaşmaq mümkündür.

Zəfər ərazi bütövlüyünün bərpası ilə yanaşı, doğma yurdda həyatın yenidən başlanması deməkdir. Qarabağ sakinlərinin qayıdışı ilə bölgədə həyat canlanır.