QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Bakıda avtomobilləri sərfəli kredit şərtləri ilə satmaq vədi sosial şəbəkədə vətəndaşların aldadılmasına səbəb olub.
DİN-in məlumatına görə, TikTok-da açılmış avtosalon hesabında beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlərin göndərilməsi istənilib və bunun üçün yalan vədlər verilib.
Avtomobil almaq niyyəti ilə göstərilən bank kartına pul köçürən şəxslər sonradan səhifə tərəfindən bloklanıb və ya zənglərinə, mesajlarına cavab ala bilməyiblər. Dələduzluqda şübhəli bilinən N.Əlizadə saxlanılıb.