QafqazNews TASS-a istinadən xəbər verir ki, Qazaxıstanın müdafiə naziri Aydos Mırzaxmetov ABŞ-ın ölkədəki səfiri Culi Stafft ilə görüşərək iki ölkə arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə edib.

Nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir ki, görüşdə müdafiə sahəsindəki ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Xəbərdə qeyd olunur ki, görüşdə ABŞ səfirini həmçinin ölkədəki ABŞ səfirliyinin müdafiə işləri attaşesi, polkovnik Kristofer De Steffino müşayiət edib.