QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının 8 Noyabr prospektində, 2 saylı ASAN Xidmətin yaxınlığındakı elektromobil şarj məntəqələrinin qarşısında benzin və dizellə işləyən avtomobillər saxlanılıb. Bu, narazılığa səbəb olub.
Məsələ ilə bağlı Oxu.az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət edilib. Şikayətçinin sözlərinə görə, məntəqələrin avadanlığı yerində olsa da, ərazidə dayanan iki avtomobil onlardan istifadə etməyə mane olur.
Vətəndaş bildirib ki, şarj yerlərini tutan sürücülər barəsində tədbir görülmür. O, belə hallara görə qanunla cərimə nəzərdə tutulmalı olduğunu düşünür.
Şikayətçi qeyd edib: “Ərazidə yaranmış vəziyyətə görə təxminən 20 dəqiqə vaxt itirmişəm. Üstəlik, maşınların maneəsi səbəbindən dalandan çıxmaqda çətinlik yaranıb. Sürücülər hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmalı və elektromobillər üçün ayrılmış şarj yerlərini zəbt etməməlidirlər”