QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Qəbələ stansiyasının rəisi Faiq Mustafayev vəfat edib.

Onun ölümünə qəfil ürəktutmasının səbəb olduğu bildirilir. Mustafayev 1984-cü ildə anadan olub.

O, “Azərbaycan Dəmir Yolları”nda təxminən 20 il işləyib.