QafqazNews Lenta.ru-a istinadən xəbər verir ki, Rusiya gənclər yığması (20 yaşdan yuxarı olmayan oyunçular) beynəlxalq «Gələcəyin Kuboku»turnirində Qazaxıstanın gənclər komandasını 7:0 hesabı ilə darmadağın edib.

Görüş Sankt-Peterburqda keçirilib. Oyunun periodlara görə hesabı 1:0, 3:0, 3:0 olub.

«Salavat Yulayev»dən hücumçu Alan Şayxlislamov het-trik edilib. «Torpedo»dan forvard Sergey Skvortsov iki dəfə fərqlənib və bir qolun ötürməsini verib. Rusiya komandasının heyətində həmçinin Boris Borin və Mixail Melikov də fərqləniblər.

Bu, Rusiya gənclər yığmasının turnirdə ikinci qələbəsidir. Daha əvvəl cümə günü komanda 18 yaşadək oyunçulardan ibarət Rusiya junior komandası ilə keçirilən qarşılaşmada 10:3 hesabı ilə qalib gəlmişdi.

Komandanın növbəti matçı bazar günü Belarusiya gənclər komandası ilə nəzərdə tutulub.