QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərinin Puşkinski rayonunda avtomobildə partlayış olub. Hadisə nəticəsində bir hərbçi həlak olub.
Rusiya İstintaq Komitəsinin açıqlamasında faktla bağlı araşdırmaya başlanıldığı qeyd edilib.
Avqustun sonunda da Puşkinski rayonunda avtomobil partlayışı baş vermişdi. O zaman bir hərbçi ölmüş, onun həyat yoldaşı isə xəsarət almışdı.