QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Nəsimi Rayon Məhkəməsi mərhum Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə və onunla birlikdə saxlanılan Məmməd Məmmədzadə barədə həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatını araşdırıb.
Məhkəmə hər iki şəxsin həbs müddətini 3 ay uzadıb.
Təqsirləndirilənlər külli miqdarda dələduzluqda ittiham edilirlər. Onlar ötən ay məhkəmə qərarı ilə həbs olunublar.
Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi, yəni külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq üzrə ittiham olunur.