QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda rəhbər vəzifəyə yeni təyinat olub. Nurlan Axundov şirkətdə sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit (SƏTƏMM) üzrə direktor kimi fəaliyyət göstərəcək.

Axundov 2026-cı ilin aprelindən noyabrınadək “SOCAR Downstream”də korporativ təhlükəsizlik meneceri vəzifəsində çalışıb. Bundan əvvəl, 2020-ci ilin noyabrından 2026-cı ilin aprelinə qədər SOCAR Karbamid Zavodunda keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə menecer olub. O, 2017-ci ilin dekabrından 2020-ci ilin noyabrınadək həmin müəssisədə SƏTƏMM meneceri işləyib.

2011-ci ilin noyabrından 2017-ci ilin dekabrınadək Nurlan Axundov SOCAR-ın “Azneft” İstehsalat Birliyində ətraf mühit üzrə mühəndis vəzifəsini tutub.

Axundov bu ilin sentyabrından Azərbaycan Dövlət Neft və Sənaye Universitetində dəvətli müəllim kimi də çalışır. Müxtəlif vaxtlarda Sumqayıt Dövlət Universitetində, Azərbaycan Texniki Universitetində və Bakı Mühəndislik Universitetində müəllim və məsləhətçi kimi fəaliyyət göstərib.