QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti doğuş turizmində iştirak edən və ya bu səfərlərin təşkilinə kömək göstərən xarici vətəndaşlara verilmiş 6 mindən çox vizanı qüvvədən salıb.

Qurum bu barədə “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayıb. Dövlət Departamentinin bəyanatında bildirilir ki, doğuş turizminin qarşısının alınması üçün yaradılan işçi qrupu prosesdə iştirak edən və ya onun həyata keçirilməsinə yardım edən şəxslərin 6 mindən artıq vizasını ləğv edib.

Departament belə qanunsuz fəaliyyətə cəlb olunan bütün şəxslərin müəyyənləşdirildiyini və qanun qarşısında məsuliyyətə cəlb olunduğunu vurğulayıb.

Doğuş turizmi hamilə qadınların övladlarını dünyaya gətirmək üçün başqa ölkəyə səfər etməsidir. Belə səfərlər, adətən, doğuşdan bir neçə ay əvvəl planlaşdırылып, uşağa həmin ölkийн vətəndaşlığını олдыруq və ya daha yüksək səviyyəli tibbi xidmətdən yararlanmaq məqsədi daşıyır.