QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vaxtilə Dövlət Tərcümə Mərkəzinə ayrılmış büdcənin Birliyə qaytarılmasını təklif edib.
Anar bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışından irəli gələn prioritetlərə və Azərbaycanın mədəni diplomatiyasına həsr olunmuş ictimai müzakirəsində danışıb. O, maliyyə dəstəyinin AYB üçün vacib olduğunu bildirib.
Xalq yazıçısının sözlərinə görə, Tərcümə Mərkəzi əvvəlcə Yazıçılar Birliyinin tərkibində yaradılıb və uğurla fəaliyyət göstərib, daha sonra müstəqil quruma çevrilib. Sonradan bağlanan mərkəz ayrılarkən öz büdcəsini də özü ilə aparıb. Anar hazırda həmin vəsaitə Birliyin ehtiyac duyduğunu vurğulayıb.
O, əlavə edib ki, bu maliyyə ilə AYB-də müxtəlif istiqamətli muzeylər yaratmaq mümkün ola bilər.