QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında işğaldan azad olunmuş ərazilərdə icra edilən 91 dövlət investisiya və infrastruktur layihəsi maliyyə ekspertizasından keçirilib.

Hesabat müddətində 59 layihənin ekspertizası yekunlaşıb, digər 32 layihə üzrə yoxlamalar davam edir. Yoxlaması tamamlanan layihələrin ümumi dəyəri 1 milyard 38 milyon manat olub.

Maliyyə ekspertizası dövlət büdcəsi vəsaitlərindən qənaətlə yararlanmaq, layihələri optimallaşdırmaq və qabaqlayıcı nəzarəti gücləndirmək məqsədi daşıyır.

Yoxlama zamanı mal, material və avadanlıqların, habelə işçi qüvvəsi, maşın və mexanizmlərdən istifadənin xərc uyğunluğu qiymətləndirilir. Xərclər qüvvədə olan normalar və orta bazar qiymətləri ilə müqayisə olunur.

Bundan əlavə, layihə cizgiləri ilə smeta sənədlərindəki miqdar və hesablamalar arasında mümkün uyğunsuzluqların aşkarlanması üçün nəzərdə tutulan iş həcmləri də ekspertizadan keçirilir.