QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Maurisio Poçettino “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə gətirilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun açıqlamasında argentinalı mütəxəssisin noyabrın 18-dən komandanın rəhbərliyini üzərinə götürəcəyi bildirilib. Poçettino ilə 2029-cu ilədək müqavilə imzalanıb.

O, son olaraq ABŞ millisinə rəhbərlik edib. Daha əvvəl isə “Çelsi”, PSJ, “Tottenhem”, “Sauthempton” və “Espanyol” klublarında işləyib.

İngiltərə Premyer Liqasında 10 tur geridə qalarkən “Mançester Yunayted” 8 xalla turnir cədvəlinin 18-ci pilləsindədir.