QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda, İslam Abışov küçəsindəki zavoddan yayılan tüstü yaxınlıqdakı müəssisələrin əməkdaşlarının narazılığına səbəb olub.
Ərazidə çalışanların sözlərinə görə, zavodun bacasından sutka ərzində fasiləsiz tüstü çıxır. Onlar bunun normal nəfəs almağa və açıq havada işləməyə əngəl yaratdığını deyirlər.
Şikayətçi Nəsib Qəhrəmanov tüstünün çox olduğunu vurğulayaraq, “Nəfəs almaq mümkün deyil. Burada işləyən və yaşayan hər kəs narazıdır. Belə şəraitdə işləmək çox çətindir”, - deyə bildirib.
Zavod rəhbərliyinin nümayəndəsi isə səsləndirilən iradlarla razılaşmayıb. Onun bildirdiyinə görə, istehsal prosesi ekoloji normalara uyğun aparılır və bununla bağlı bütün tələb olunan sənədlər mövcuddur.