QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, Şimali Koreya Rusiyaya hərbi yardım göndərilməsini dayandırıb. Ukrayna kəşfiyyatı Moskva ilə Pxenyanın hərbi-texniki əməkdaşlığını izləyib.

Silah, sursat və digər hərbi təchizatla bağlı iki ölkə arasındakı əməkdaşlıq son dövrlər beynəlxalq müşahidəçilərin və təhlükəsizlik qurumlarının diqqətində olub. Yardımların dayandırılmasına nəyin səbəb olduğu, habelə bunun Rusiya ordusunun təchizat imkanlarına və bölgədəki hərbi-siyasi vəziyyətə necə təsir edəcəyi yaxın günlərdə aydınlaşacaq.