QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Starbucks Yaponiyadakı biznesini satmağı planlaşdırır və bu proseslə bağlı məsləhətçilərlə razılığa gəlib.

Potensial alıcıların marağını qiymətləndirmək üçün Citigroup Inc. və Morgan Stanley də daxil olmaqla, bir neçə maliyyə qurumu cəlb edilib. Hələlik satışla bağlı yekun qərar yoxdur, lakin rəsmi prosedurun bu il başlanması mümkündür.

Yaponiya şirkətin əsas bazarlarından biridir. Starbucks-ın ölkədə 2 mindən artıq kofeşopu fəaliyyət göstərir.

Şirkət Yaponiyadakı gəlirlərini açıqlamayıb. Bununla belə, Kanada və Böyük Britaniya ilə yanaşı Yaponiya 2026-cı ildə ABŞ və Çin xaricində əldə olunan xalis gəlirin təxminən 72 faizini təmin edib.

İlin əvvəlindən Starbucks səhmlərinin dəyəri 26,3 faiz yüksəlib. Eyni dövrdə Nasdaq Composite indeksi 2,1 faiz artım göstərib.