QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Sumqayıt Sənaye Parkında il ərzində 110 milyon çoxqatlı, klapanlı kraft-kağız kisənin istehsalı nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib ki, “Aztech Packing” MMC-yə Agentliyin idarə etdiyi sənaye parkının rezidenti statusu verilib. Layihəyə 40 milyon manatdan artıq sərmayə qoyulması planlaşdırılır.
Cənubi Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Sənaye Parkında hazırda 46 rezident qeydiyyatdadır. Rezidentlər bu günədək parka 5,6 milyard manatdan çox investisiya yatırıb və 6 400-dən artıq iş yeri yaradıb.