QafqazNews Konkret.az-a istinadən xəbər verir ki, sürücülük hüququ olmayan şəxsin avtomobil idarə etdiyi müəyyənləşərsə, həmin şəxs sükan arxasından kənarlaşdırılır və nəqliyyat vasitəsi duracağa aparılır.
İnzibati Xətalar Məcəlləsinin 96.1.1-ci maddəsinə görə, dayandırılan avtomobili idarə edən şəxsin və ya onunla gedən sərnişinlərdən hər hansı birinin nəqliyyat vasitəsini idarə etmək, yaxud ona sahib olmaq hüququ yoxdursa, sürücü idarəetmədən uzaqlaşdırılır.
Məcəllənin 97.1-ci maddəsi belə vəziyyətdə avtomobilin duracağa yerləşdirilməsini nəzərdə tutur.