QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Türkiyənin Tekirdağ vilayətinin Çerkezköy rayonunda yoxlanışa gətirilən avtomobilin içərisində üzərində müxtəlif işarələr olan kağız tapılıb.

Avtomobildən gələn pis qoxu mütəxəssislərdə şübhə yaradıb və onlar nəqliyyatı yoxlayıblar. Araşdırma zamanı kağızın hava yastığı bölməsində gizlədildiyi üzə çıxıb.

Onun cadu ola biləcəyi ehtimalı ilə kağız yandırılıb. Bundan sonra avtomobili almaq niyyətində olan şəxs bu qərarından vaz keçib.

Məlumata görə, maşının sahibi son iki ayda 4-5 dəfə qəzaya düşüb. Hadisə ilə bağlı “Başına gəlməyən hadisə qalmayıb” ifadəsi işlədilib.