QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Lənkəran-Lerik magistralının Darquba kəndindən keçən hissəsində avtomobilin vurduğu 10 yaşlı uşaq həyatını itirib. Hadisə günorta saatlarında qeydə alınıb.
C.Quluzadənin idarə etdiyi VAZ-21011 markalı avtomobil yolu keçmək istəyən kənd sakini Ə.Yusubzadəni vurub. Uşaq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin bildirdiyinə görə, 2016-cı il təvəllüdlü oğlan noyabrın 27-də saat 12:00 radələrində tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə gətirilib. Çoxsaylı xəsarətlər alan uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerini tərk edən sürücü polis tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Fakt araşdırılır.