QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Bakının Sabunçu rayonunda yerləşən çay evlərindən birində baş verən mübahisə ölümlə nəticələnib.

Hadisə zamanı 20 yaşlı Həşimov Sabit Sadiq oğlu ilə Nural Bünyadlı bir-birinə bıçaq xəsarətləri yetiriblər. Ağır yaralanan Sabit Həşimov dünyasını dəyişib.

Mübahisə iştirakçılarını ayırmağa çalışan daha bir nəfər də bıçaq xəsarəti alıb. O və Nural Bünyadlı xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.