QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Lənkəranda baş verən yol qəzası 10 yaşlı oğlanın ölümü ilə nəticələnib.
Lənkəran-Lerik yolunun Darquba kəndindən keçən hissəsində “VAZ 21011” markalı avtomobil Əlövsət Yusubzadəni vurub.
Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.