QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, AXCP sədri Əli Kərimlinin işi üzrə məhkəmə istintaqı yekunlaşmağa yaxındır. Bugünkü iclasda şahidlərin dindirilməsi tamamlanıb.

Prezident Administrasiyasına əvvəllər rəhbərlik etmiş, şərti məhkum Ramiz Mehdiyev məhkəməyə videobağlantı ilə qatılıb. O, evindən qoşularaq Əli Kərimli ilə bağlı sualları cavablandırıb. Daha sonra hakim qarşısında Mehdiyevin qızı Kamilə Əliyeva dindirilib.

Şahid ifadələrinin alınması bununla başa çatıb. İş üzrə materialların araşdırılmasına dekabrın 1-də başlanacaq.

Əli Kərimli və M. İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işinin davamı çərçivəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunublar. Mehdiyev barəsində hökm çıxarılıb: ona 14 il həbs cəzası təyin edilib, lakin yaşı və səhhətinə görə cəza şərti hesab olunub.