QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, Azərbaycanda 15 nəfər yanacağın mənimsənilməsində ittiham olunur. Onlardan dördü həbs edilib, 11 nəfər barəsində isə alternativ qətimkan tədbirləri seçilib.

İş üzrə təqsirləndirilən şəxs qismində Elman Mehdiyev, Tehran İmanlı, Həsən Əmirov, Kənan Bayramzadə, Mobil Məmmədov, Qəhrəman Əliyev, Nihad Quliyev, Zaur Məmmədov, Samir Baxşiyev, Məhəmməd Hüseynli, Elçin Mustafayev, Məmməd Əliyev, Cahid Mahmudov, Mirmusa Seyidov və Ravid Tərlanzadə cəlb olunublar.

Təqsirləndirilənlər arasında kapitan və mayor rütbəli hərbçilər, eləcə də yanacaqdoldurma məntəqələrinin rəisləri və digər əməkdaşlar var.

Onlara Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda mənimsəməni nəzərdə tutan 179.4-cü maddəsi ilə yekun ittiham irəli sürülüb. Həmin maddəyə əsasən, 10 ildən 14 ilədək həbs cəzası tətbiq oluna bilər.

Cinayət işi üzrə dəymiş ziyanın məbləği 1 milyon 400 min manatdır.