QafqazNews Yenisabah.az-a istinadən xəbər verir ki, 537 nömrəli müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. Avtobuslar əvvəl əsas yoldan çıxaraq dəniz sahili ilə hərəkət etməyə məcbur qalıb.
Novxanı-Pirşağı yolunun Sahil küçəsi hissəsində təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Bununla əlaqədar 537 nömrəli marşrut üzrə avtobuslar müvəqqəti olaraq 52-ci Bağlar, 13-cü Bağlar və 18-ci Bağlar küçələrindən istifadə edəcək.
Marşrutun əvvəlki qaydada hərəkət edə bilməməsi ilə bağlı video sosial şəbəkədə yayıldıqdan sonra AYNA məsələ ilə məşğul olub.