QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Bakıda sürücü avtomobilində dünyasını dəyişib.

Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Gecə saat 01 radələrində şəhər sakini, 1975-ci il təvəllüdlü Rüfət Həsənovun meyiti ona məxsus “Changan” markalı maşında aşkarlanıb.

Məlumata görə, Həsənov infarkt nəticəsində vəfat edib. Faktla bağlı araşdırma aparılır.