QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ərlərinin xidmət yerində işə düzələ bilməyən hərbçilərin işləməyən arvadlarına minimum aylıq əməkhaqqı qədər pul müavinəti veriləcək.

Bu müddəa “Hərbi qulluqçuların statusu haqqında” Qanuna dəyişiklik layihəsində yer alıb.

Hazırkı qanunvericiliyə əsasən, belə hallarda müavinətin məbləği Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əməkhaqqı ilə hesablanır.

Təklif olunan dəyişiklikdə isə ödənişin minimum aylıq əməkhaqqı məbləğində olması nəzərdə tutulur.