QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycandan Rusiyaya avtomobil ehtiyat hissələrinin saxta sənədlərlə aparılmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyaya doğru hərəkət edən “Mercedes” və “Renault” markalı yük maşınları yoxlanılıb.

Baxış zamanı “Mercedes”də 9 ton 200 kiloqram, “Renault”da isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi tapılıb.

Yüklərə aid sənədlərin araşdırılması göstərib ki, təyinat ölkəsi dəyişdirilməklə saxta müşayiətedici sənədlər təqdim olunub. Hər iki maşının sürücüsü saxlanılıb.

Faktlarla bağlı əməliyyat-istintaq tədbirləri davam edir.