QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, hərbi qulluqçunun yeni xidmət məntəqəsinə köçməsi nəticəsində həyat yoldaşı həmin ərazidə işlə təmin edilə bilmədikdə ona 400 manat müavinət verilməsi təklif olunur.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, bu məqsədlə “Hərbi qulluqçuların statusu haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.
Təklifə əsasən, müavinətin məbləği minimum aylıq əməkhaqqına bərabər olacaq.