QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, müğənni Nəfəs Ağdaşda qeydə alınan və sosial şəbəkələrdə müzakirə doğuran görüntülərlə bağlı açıqlama verib.

Sənətçi yayılan kadrlara görə ona irad bildirənlərə sosial şəbəkədə cavab yazıb. O, həmin insanlarla danışıq üslubunun və işlətdiyi ləhcənin məsxərəyə qoyulmasının doğru olmadığını vurğulayıb. Müğənninin sözlərinə görə, bəzi şəxslər hadisəni lağ obyektinə çevirir.

“Ağdaşda yaşanan hadisə ilə bağlı mənim orada o insanlarla elə tərzdə danışmağımı kimisi lağa qoyur, kimisi qiymətləndirir. Kimisi də yazıq düşüncəsi ilə danışır. Mən ləhcə ilə danışmışamsa, siz mənə yox, hansısa rayonun ləhcəsinə söz uzadırsınız. Mən insanlara „yox“ deyib qarşılarında dura bilirəmsə, siz ona da dil uzadırsınız. Həmin anda mənim nə yaşadığımı, o insanlarla bağlı düşüncələrimi heç kim sorğu-sual etmir. Heç birinizin də vecinə deyil. Ona görə də haqqımda video yayıb danışmayın”, – deyə Nəfəs bildirib.