QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudovun evində qaz partlayışı olduğu barədə iddia yayılıb.

Məlumat “TikTok” platformasında paylaşılıb. İddiada hadisənin həkimin Badamdarda yerləşən evində baş verdiyi qeyd olunub.

Rəşid Mahmudov yayılan xəbərlə bağlı açıqlamasında bunu təkzib edib. O bildirib: “Əgər indi diriyəmsə, deməli, xəbər doğru deyil. Belə bir hadisə baş verməyib, yazılanlar yalandır”.