QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Mavi Balina-2026 təlimləri zamanı Bayraktar TB2 BAYKAR SAS POD ilə suüstü hədəflərə atəş açıb. Təlimlərdə həmçinin sonoboy atış sınağı da keçirilib.
BAYKAR SAS POD Baykar şirkətinin hazırladığı və orta, eləcə də ağır dronlarda istifadə üçün nəzərdə tutulan sistemdir.
Sistem hərbi helikopterlərdə tətbiq olunan “nurs” qurğusunun kiçildilmiş, ikigözlü variantı kimi təsvir edilir. Bir BAYKAR SAS POD iki ağıllı sursat daşıya bilir və həmin sursatlarla yerüstü hədəfləri yüksək dəqiqliklə vura bilir.