QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətində kadr dəyişikliyi olub.
İctimai-siyasi və humanitar məsələlər şöbəsinə rəhbərlik edən, şəhər icra hakimiyyəti başçısının müavini Gülxanım Orucova vəzifəsindən azad edilib. Məlumata görə, bundan sonra o, təhsil naziri Emin Əmrullayevin ötən gün vətəndaşlarla keçirdiyi görüşdə iştirak edib. Orucova qəbula sadə vətəndaş kimi qatılıb.
Bildirilib ki, daha əvvəl təhsil sahəsində çalışan Gülxanım Orucova nazirə müraciət edərək bu sahədə yenidən işləmək arzusunu ifadə edib.
Nazirin bu müraciətə hansı cavabı verdiyi hələ açıqlanmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.