QafqazNews Bakupost.az-a istinadən xəbər verir ki, bu gün ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi başa çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına əsasən, Dövlət Sosial Müdafiə Fondu respublika üzrə dəfn və uşağın anadan olması ilə bağlı birdəfəlik müavinətləri ödəyib. Cəza çəkməkdən azad edilmiş, sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik müavinətlərin ödənişi də yekunlaşıb.