QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, Birinci Qarabağ müharibəsində şəhid olan şəxsin həyat yoldaşı Təranə Musayevaya təyin edilmiş Prezident təqaüdünün dayandırılması barədə qərar məhkəmə tərəfindən ləğv olunub. Ad və soyad şərtidir.
Bu barədə vəkil Fərid Qasımov məlumat verib. Onun bildirdiyinə görə, həyat yoldaşı 1991-ci ildə şəhid olan Musayevaya Prezident təqaüdü təyin edilib, lakin ödəniş 2025-ci ildə dayandırılıb.
Vəkil bildirib ki, qərarla razılaşmayan tərəf qadının hüquqlarının bərpası üçün məhkəməyə üz tutub. Uzun sürən araşdırmanın sonunda Şəki İnzibati Məhkəməsi iddianı təmin edib və şəhid ailəsinə verilən müavinətin dayandırılmasını əsassız hesab edib.
Məhkəmə qərarı ilə Prezident təqaüdünün bərpası nəzərdə tutulub.