QafqazNews Yeniavaz.com-a istinadən xəbər verir ki, Cəbrayıl rayonunun Soltanlı kəndinə növbəti köç həyata keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, kəndə köçürülən ailələr ölkənin müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar. Onların əksəriyyəti yataqxana, sanatoriya və inzibati binalarda yaşayıb.

Köçün bu mərhələsində Soltanlıya 17 ailə, yəni 74 nəfər yerləşdirilib.