QafqazNews Manset.az-a istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi ötən dövrdə 91 uşaqın himayədar ailəyə verildiyini açıqlayıb. Bunlardan 51-i qız, 40-ı oğlandır.

Məlumatda bildirilir ki, himayədar ailə modelinin əsas məqsədi valideynləri itirmiş və ya məhrum olmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsini təmin etməkdir. Uşaqları himayəyə götürən ailələrə müvafiq sosial dəstək tədbirləri də göstərilir.

Himayədar ailəyə götürülən uşaqlar üçün aylıq müavinət ayrı-ayrı yaş qruplarına görə müəyyən edilir: 0-6 yaş arası uşaqlara 355 manat (əlilliyi olan uşağa görə 500 manat), 7-13 yaş arası uşaqlara 375 manat (əlilliyi olan uşağa görə 600 manat), 14-18 yaş arası uşaqlara 395 manat (əlilliyi olan uşağa görə 650 manat). Əlavə olaraq, müvafiq rüblərdə hər uşağa 200 manat birdəfəlik mövsümi geyim dəstəyi də verilir.

Son aylarda tətbiq olunan himayədar ailə modelinin prosesi isə daha da sadələşdirilib. Uşağın himayədar ailəyə keçidi üçün minimal zaman vəsaiti 2 həftəyə endirilib. Vətəndaşlar üçün isə müraciət prosesinin onlayn şəkildə həyata keçməsi imkanı yaradılıb.