QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın komandası Milad bayramına qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində məlumat verib.

Zelenskinin sözlərinə görə, yaxın vaxtlarda texniki görüşlər baş tutacaq. O bildirib ki, əvvəlcə qarşıdakı danışıqların gündəliyi və əldə ediləcək nəticə dəqiqləşdirilməlidir. Bundan sonra üçtərəfli görüşün keçiriləcəyi yer və tarix barədə razılıq əldə oluna bilər.

Ukrayna prezidenti Vaşinqtonun görüşü Miladdan əvvəl keçirmək istədiyini artıq açıq şəkildə bəyan etdiyini qeyd edib. Zelenski ABŞ-nin təklifini dəstəklədiyini vurğulayıb və nəticəyə mümkün qədər tez çatmağın daha yaxşı olduğunu bildirib.