QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, Nigeriyanın cənubunda yerləşən Bayelsa ştatında qayıq batıb və 26 nəfər həyatını itirib.
Ştatın polis komandanlığı əvvəlcə dörd cəsədin tapıldığını, 24 nəfərin isə xilas edildiyini açıqlayıb. Şənbə axşamı yerli dalğıclarla dəniz polisi daha 22 cəsəd aşkarlayıb. Bununla da ölənlərin sayı 26-ya yüksəlib.
İlkin məlumata əsasən, qayığın normadan artıq yüklənməsi və hərəkət zamanı baş verən texniki nasazlıq onun batmasına səbəb olub.
Sağ qalan 19 nəfərə tibbi yardım göstərilib, beş nəfər xəstəxanaya yerləşdirilib. Gəminin idarə edilməsinə cavabdeh şəxs araşdırma məqsədilə saxlanılıb, gəmiçi isə gizlənib.