QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə çəkilmiş fotosunu 1945-ci ildəki Yalta konfransından olan görüntü ilə müqayisə edib.

Tramp “Truth Social” hesabında “Böyük güclər: 1945, 2026” başlıqlı kollaj yayımlayıb. Şəklin bir tərəfində SSRİ lideri İosif Stalin, ABŞ Prezidenti Franklin Ruzvelt və Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin Yalta konfransında çəkilmiş fotosu yerləşdirilib. Digər hissədə isə Putin, Si Cinpin və Trampın birgə fotosu göstərilib.

1945-ci ilin fevralında baş tutan Yalta konfransında müttəfiq ölkələrin liderləri İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq nizamın qurulması ilə bağlı məsələləri müzakirə etmişdilər.