QafqazNews Nocomment.az-a istinadən xəbər verir ki, müğənni Vəfa Şərifovanın yenidən ailə qurduğu barədə iddialar yayılıb.
Müzakirələrə səbəb ifaçının şəxsi “Instagram” səhifəsində yerləşdirdiyi yeni video olub. Şərifova paylaşımına “Bu gün həyatımın ən gözəl «HƏ»sini dedim… Bir ömür xoşbəxt olaq!” sözlərini yazıb.
Sosial şəbəkələrdə yayılan görüntülər onun ikinci dəfə ailə həyatı qurması ehtimalını gündəmə gətirib. İzləyicilərin bəziləri isə videonun müğənninin yeni klipindən olduğunu düşünür.