QafqazNews Sputnik-a istinadən xəbər verir ki, İranın İnqilab Keşikçiləri Korpusunun (İKK) Hava-Kosmik Qüvvələri Bəhreyndəki ABŞ hərbi mövqelərinə qarşı raket və dronların birlikdə istifadə olunduğu əməliyyat həyata keçirib.
Agentliyin məlumatına görə, “Ya Umm al-Banin” (“O oğulların anası”) adı verilən əməliyyat Bəhreyndəki Al-Riffa və Awali bazalarında aparılıb. Hücum nəticəsində ABŞ Patriot hava hücumundan müdafiə sistemlərinə məxsus iki radar məhv edilib.
İKK əməliyyatın ABŞ-ın davam edən aqressiyası və MQ-1 ilə MQ-9 kəşfiyyat və döyüş dronlarının İran hava məkanını pozmasına cavab olaraq həyata keçirildiyini bildirib.
Rəsmi açıqlamada İran hava məkanının “qırmızı xət” olduğu vurğulanıb və hər hansı gələcək pozuntuya “sert və qətiyyətli cavab” veriləcəyi xəbərdarlığı edilib.