QafqazNews Baku.ws-ə istinadən xəbər verir ki, İranın Xoy şəhərində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 01:25-də baş verən yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.

Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss edilib.