QafqazNews Demokrat.az-a istinadən xəbər verir ki, İranın şimal-şərqində yerləşən Nişapurda spirtli içkidən kütləvi zəhərlənmə baş verib.

Evdə hazırlanmış içkini qəbul edən 33 nəfər xəstəxanaya aparılıb. Onlardan üçü ölüb.

İçkinin hazırlanması və paylanmasında şübhəli bilinən səkkiz nəfər müəyyənləşdirilərək saxlanılıb.