QafqazNews Oxu.az-a istinadən xəbər verir ki, oxucularla əlaqəni gücləndirmək və müraciətlərin daha operativ qəbulunu təmin etmək üçün qaynar xətt yenilənib.

Vətəndaşlar qarşılaşdıqları problemlər, sosial məsələlər, ictimai əhəmiyyət daşıyan hadisələr, eləcə də foto və videolar barədə məlumatı (055) 224-12-12 nömrəsinə çatdıra bilərlər. Saytın mobil versiyasında nömrəyə toxunmaqla zəng etmək mümkündür.

Məlumat və vizual materialları həmin nömrəyə WhatsApp vasitəsilə də göndərmək olar.

Redaksiya qaynar xəttə daxil olan müraciətləri araşdıracaq, ictimai maraq doğuran mövzuları işıqlandıracaq və aidiyyəti qurumların mövqeyini öyrənəcək.