QafqazNews Habertürk-ə istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusu Bahreyndəki iki ABŞ bazasındakı Patriot hava müdafiə sistemlərinə məxsus iki radarın pilotsuz uçuş aparatları (PUA) və raketlərlə hədəfləndiyini açıqlayıb.

Bildiridə ABŞ-a məxsus MQ-1 və MQ-9 tipli iki PUA-nın İran hava məkanını pozmasına cavab olaraq əməliyyatın həyata keçirildiyi bildirilir. İranın hava məkanının pozulmasına prinsipial şəkildə cavab veriləcəyi barədə xəbərdarlıq da verilib.

Bahreyn Daxili İşlər Nazirliyi ölkədə mövcud təhlükə xəbərdarlığı çərçivəsində vətəndaşlara sakit olmalarını və ən yaxın təhlükəsiz məntəqəyə getmələrini çağırıb. Nazirliyin ABŞ mənşəli X şirkətinin sosial media hesabından yayılan açıqlamada əhalidən yalnız rəsmi kanallardan məlumatları izləmələri xahiş olunub.

Açıqlamada təhlükənin təbiəti barədə ətraflı məlumat verilməyib.

Bahreyndə İranın hücumunda bir sənaye müəssisəsində yanğın çıxdığı və maddi ziyan meydana gəldiyi bildirilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, mülki bir sənaye obyektinin hədəfləndiyi, yanğının Mülki Müdafiə qüvvələri tərəfindən nəzarət altına alınmağa çalışıldığı və ilkin məlumatlara görə xəsarət alanın olmadığı vurğulanıb.

Xəbərin təsvir üçün istifadə olunan görüntüləri DHA təmin edib.