QafqazNews Baku.ws-a istinadən xəbər verir ki, Azərbaycanda ilk dəniz milli parkının yaradılması istiqamətində işlərə başlanılıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Rəşad Allahverdiyev I Akvakultura Forumu çərçivəsində keçirilən panel müzakirələrdə danışıb.

Allahverdiyevin sözlərinə görə, parkın ərazisinə dəniz akvatoriyası da daxil ediləcək. Bu, akvatoriyanın mühafizəsini təmin etməyə, həmin ərazidə reydlər keçirməyə və qanunsuz balıq ovunun qarşısını almağa imkan verəcək.